“TV 8”in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı aktrisa Itır Esenlə sevgili olması barədə yayılan məlumatlara aydınlıq gətirib. “Qafqazinfo” xəbər verir ki, o, Türkiyə KİV-lərinə açıqlamasında Esenlə iş münasibətinin olduğunu söyləyib:
“Qətiyyən belə bir şey yoxdur. O, öz işini layiqincə yerinə yetirən bir dostumuzdur. Qarşıda başqa bir layihələrimiz də həyata keçə bilər. Mənimlə bağlı bu tipli xəbərlərin yayılmasını normal qarşılayıram. Bütün fikrimi işimə cəmləşdirmişəm, maraqlı bir dövr yaşayıram”.
Son xəbərlər
Son Xəbərlər