Ad günündə dostunu bıçaqlayıb öldürdü

ad-gununde-dostunu-bicaqlayib-oldurdu
Oxunma sayı: 2400

Ağcəbədi rayonunda qətl hadisəsi baş verib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, rayon sakini Cavid Quliyev ad günü məclisində dostu Kərim Sultanovu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan K. Sultanov rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı  rayon prokurorluğunda  araşdırma aparılır.

Tural Hüseynli