O, həmçinin qeyd edib ki, qardaşı Bakıda özəl şirkətlərdən birində sürücü işləyib və bacısının evində yaşayıb: “Nərimanov rayonunda yaşayan bacımgildə qalırdı. Ad günündən bir neçə gün əvvəl məzuniyyətə çıxıb”.
Qardaşı qeyd edib ki, M. Qasımovun itkin düşməsi ilə bağlı Şirvan Rayon Polis Şöbəsinə və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət ediblər: “Lakin hələlik bir nəticə yoxdur”.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən APA-ya bildirilib ki, M. Qasımovun itkin düşməsi faktı ilə bağlı axtarışlar davam etdirilir.
M. Qasımov itkin düşən qardaşını fotolarını da təqdim edib.
Onu görənlərdən (055) 853-35-58 nömrəli telefona məlumat vermələri xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər