Ad günündə şəhid oldu- - Anar Atayevin dünən 24 yaşı oldu...

ad-gununde-sehid-oldu-
Oxunma sayı: 4430


"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, şəhid bu gün günorta saatlarında Ağcabədi rayonu Minəxorlu kənd qəbirsanlığında torpağa tapşırılacaq.

Ən təsirli məqam isə əsgərin elə doğulduğu gün düşmən gülləsinə tuş gəlməsidir. Dünən Anar Atayevin 24 yaşı tamam olub. Onun ad günü hədiyyəsi isə şəhidlik məqamına yüksəlməsi olub.

Şəhidin atası Mamed Atayev bildirib ki, oğlunun şəhidlik zirvəzinə yüksəldiyi üçün qürur hissi duyur.

Düzdür, oğul itkisi çox ağırdır. Sanki canından bir parça gedib. Lakin onun şəhidlik zirvəsinə yüksəlməsi daha çox qürurverici hissdir”, - deyə Mamed Atayev bildirib.

Qeyd edək ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.