Beş ildir Türkiyədə təhsil alan 23 yaşlı suriyalı tələbə Obadah Şavaf izlədiyi türk seriallarının təsiri altında ad və soyadını dəyişdirib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə vətəndaşlığı alan gənc məhkəmə yolu ilə ad və soyadını Kıvanç Özçivit edib.
Tələbə adını aktyor Kıvanç Tatlıtuğdan, soyadını isə aktyor Burak Özçivitdən götürdüyünü açıqlayıb. O bildirib ki, sevimli aktyorları ilə görüşmək onun ən böyük arzusudur.

Son xəbərlər
Son Xəbərlər