Adada buzdan Qız qalası- - Fotolar

adada-buzdan-qiz-qalasi-
Oxunma sayı: 2641


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında təşkil edilmiş festivalda qar və buzdan düzəldilmiş müxtəlif ölçülü 207 heykəl nümayiş etdirilir. Onlar dünyanın müxtəlif ölkələrindən gəlmiş heykəltəraşlar tərəfindən düzəldilib.

Azərbaycanı festivalda ilk dəfə Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təşəbbüsü ilə düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları təmsil edir. 

Hündürlüyü üç metr, eni iki metr olan ümumi kompozisiya festivala gələn ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Festivalın təşkilatçıları gələn həftənin ortalarınadək davam edəcək bu maraqlı tədbirə iki milyondan çox insanın qatılacağını gözlədiklərini bildiriblər.