“Adagio”nun premyerası keçirildi - Fotolar

adagionun-premyerasi-kecirildi
Oxunma sayı: 795

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində 02-03 iyul 2016-cı il tarixində "Adagio" (poetik düşüncə) adlı yeni səhnə əsərinin premyerası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadə və Əməkdar Artisti Nargilə Qəribova, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar Artisti Nargilə Qəribova, rəqslərin quruluşu isə Elnur İsmayılova məxsusdur.

Tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti və digər məsələlər qaldırılıb. Sözün, musiqinin və rəqsin vəhdətindən yoğurulmuş bu səhnə əsəri insanı dünənə apardığı qədər, həm də sabaha səsləyir.

Tamaşaçılar arasında teatr kino və incəsənət sahəsində tanınmış simalardan xalq artisiti Fuad Poladov, Sənubər İsgəndərli, Əminə Yusifqızı əməkdar artist Mehriban Zəki, Natiq Şirinov, Ayan Mirqasımova, kinorejissor-xalq artisti Oqtay Mirqasımov, televiziya rejissoru zalq artisti Ramiz Həsənoğlu, kinorejissor Rövşən İsax, Vaqif Azəryar, C.Cabbarlı adina kinostudiyanın direktoru Müşfiq Hətəmov, bəstəkar Gövhər Həsənzadə teatrşünas professor əməkdar incəsənət xadimi Aydin Talıbzadə və media işçiləri olub.

Tamaşa 10,16,17 iyul 2016-cı il tarixlərində saat 18:00-da yenidən oynanılacaq.

Azərbaycan Dövlət Pantomima Teatrı 23-cü teatr mövsümünü iyul ayının 17-də Bəxtiyar Xanızadənin “Adagio” tamaşası ilə bağlayacaqdır.