Adam bıçaqlayan 15 yaşlı gənc - Saxlanıldı

adam-bicaqlayan-15-yasli-genc-
Oxunma sayı: 1136

Nizami rayonunda 17 yaşlı gənci bıçaqlayan iki nəfər saxlanılıb.

Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 16-da saat 22 radələrində B.Nuriyev küçəsində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü İman Cəfərova bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Rəvan Zəfər oğlu Əliyev və 2000-ci il təvəllüdlü Əli Məhəbbət oğlu Hüseynov tutulub.

Murad Əhməd