Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yuriy Aleksandroviç Mitsin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Yuriy Mits 3il 6 ay müddətinə azadlıqdan məhrum edilb.
Qeyd edək ki, 2015-ci il sentyabr 24-də Nizami rayonu, Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Hadisəni törədən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər