“Qafqazinfo” xəbər verir ki, Bəhruz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, deyilənlərin hamısı cəfəngiyyatdır. Onun sözlərinə görə, əslində Rəsulzadə-Novxanı şossesində doğrudan da atası və bir nəfər arasında mübahisə yaranıb. Sonradan 40-45 yaşlarında olan İlqar Paşayevlə 60 yaşlı Rauf Əliyevi döyüb. “Mən bu məsələdən sonra xəbər tutmuşam. Lakin hadisə yerində heç vaxt olmamışam. Axı hansı ata istər ki, oğlu problem yaşasın. Mənə sonradan atamın döyülməsi barədə deyiblər. Bir də, atam həmin şəxsdən yaşlıdır və onu döyməsinə heç fiziki baxımdan da gücü çatmaz. Demək iddia yalandır. Hansı zəmanədə yaşayırıq ki. polis küçənin ortasında istədiyi adamı döysün?”, - deyə Bəhruz Əliyev bildirib.
Qeyd edək ki, Bəhruz Əliyevin rəis müavini olduğu ərazi 4-c mikrorayon ərazisidir. Lakin hadisə 4-cü bölmənin ərazisində baş verib. Məhz orada hansısa əməliyyat keçirməyə də 4-cü bölmənin və ümumi idarənin əməkdaşları səlahiyyətlidirlər.
Bəhruz Əliyev onu da əlavə edib ki, hazırda insidentlə bağlı məsələ məhkəmə tərəfindən araşdırılır. “Məhkəmə qərar çıxarandan sonra hadisənin günahkarı məlum olacaq. Mən bu məsələ ilə bağlı məşğul olmuram. Heç maraqlanmamışam da. Çünki sonra deməsinlər ki, oğlu polis işləyir, məsələyə müdaxilə edir. Heç bir müdaxilə olmadan yazırlar. Gör mən indi məsələ ilə maraqlansam, nələr yazarlar”, - deyə Bəhruz Əliyev vurğulayıb.
***
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyev «Azpetrol» Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayevi döyməsi haqda yazılanlara aydınlıq gətirib.
R.Əliyev virtualaz.org saytına açıqlamasında bu yazıların həddən artıq şişirdildiyini və təhrif olunduğunu dedi: “Mənim 60 yaşım var. O isə cavan oğlandır. Mənim onu döyməyim necə mümkün ola bilər? Bu, heç də inandırıcı deyil. Bunu nə üçün yazıblar - bilmirəm. İstintaq davam edir. Baş verən hadisə yazılarda təhrif olunub. Paşayev mənə fiziki təsir göstərib, xəsarət yetirib. Əlimi dəmir alətlə vurub əzmişdi. Bunu sübut edən fotolar da var”.
Son xəbərlər
Son Xəbərlər