Nazirlik 28-47 yaşlarında olan azərbaycanlıların bu ilin iyulunda bir iş adamını oğurladıqlarını bildirir. Məlumata görə, dəstə iş adamının sərbəst buraxılması üçün onun yaxınlarından 500 min dollar vəsait tələb edib.
Rusiya DİN azərbaycanlıların Moskvanın Mıtişinsk rayonunda keçirilən əməliyyat zamanı həbs edildiyini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyindən AzadlıqRadiosuna bildirilib ki, olay barədə xəbərdardılar və hazırda məlumat toplayırlar. Səfirlik yaxın saatlarda açıqlama verə biləcəyini deyir.
Son xəbərlər
Son Xəbərlər