Adam öldürməkdə şübhəli bilinən aktyor itkin düşdü

adam-oldurmekde-subheli-bilinen-aktyor-itkin-dusdu
Oxunma sayı: 1253

“Sezar” mükafatı laureatı, aktyor Jerald Tomassen Fransada itkin düşüb. “Qafqazinfo”nun “Parisien” qəzetinə istinadən məlumatına görə, polis onun oğurlanması ilə əlaqədar cinayət işi açıb.

Sonuncu dəfə 45 yaşlı Tomasseni avqustun 28-də Roşfor şəhərində qatara minərkən görüblər. Poçt əməkdaşını öldürməkdə şübhəli bilinən şəxslərdən biri olan aktyor ertəsi gün Lionda üzləşdirmədə iştirak etməli imiş. Onun qardaşı Jeromun sözlərinə görə, Jerald şübhələrin üzərindən götürülməsi üçün üzləşdirməni səbrsizliklə gözləyirmiş. Bir neçə gündən sonra Tomassenin vəkilləri prokurorluğa onun yoxa çıxması haqda məlumat verib.

La-Roşelin prokuroru Loran Suşovits aktyorun itkin düşməsi ilə bağlı cinayət işinin açıldığını təsdiqləyib.

Qeyd edək ki, Tomassen kinoda debütünü 1990-cı ildə “Balaca cinayətkar” filmində edib. O, bu filmə görə “Sezar” mükafatına layiq görülüb. Alkoqollu içki və narkotikə qurşanan aktyorun gələcək karyerası məhv olub.