Adam öldürüb qaçan şəxs həbs edildi

adam-oldurub-qacan-sexs-hebs-edildi
Oxunma sayı: 1343

Yanvarın 22-də saat 20 radələrində Tərtər rayon sakini Məhəmməd Əhmədov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes 208 DKB” markalı, 10-RB-130 dövlət qeydiyyat nişanlı mikroavtobusla rayonun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Firdovsi Məmişovu vurub.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində F.Məmişov yerindəcə vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi  başlanıb.

Cinayətin M.Əhmədov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

M.Əhmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Murad Əhməd