Adam öldürüb qaçan şəxs tutuldu

adam-oldurub-qacan-sexs-tutuldu
Oxunma sayı: 1046


Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 6-da saat 06:50 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində naməlum avtomobilin sürücüsü yolu keçən piyada - 1961-ci il təvvəlüdlü Rzayev Rza Mirzə oğlunu vurub hadisə yerindən qaçıb.

R.Rzayev aldığı xəsarətlərdən orada ölüb.

Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisənin “İJ 27175” markalı, 10-RJ-948 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini, 1980-ci il təvvəlüdlü İsmayılov Rəvan Məqami oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan  o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd