Bu gün Topaz Premyer Liqasında 22-ci tura yekun vurulub.
“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, son oyun günündə “Rəvan” öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.
“Bayıl Arena”dakı matçdan sonra təçkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Bəhmən Həsənov məğlubiyyəti belə şərh edib:
"Qəbələ"nin oyununu bilirdik. Komandanın hücumlarını əsasən Arif Daşdəmirov yaradırdı. Rəqibə qarşı tədbirlər görmüşdük. Oyun baxımından rəqibdən geri qalmadıq. Sadəcə, ustalıq səviyyəsi çatmadı. Hakimin idarəçiliyindən narazı qaldım. İkinci hissənin ortalarından etibarən bir qədər yorulduq. Bütün oyunu müdafiədə keçirmək olmaz. Xətlərarsı əlaqə zəifləyən kimi qol buraxdıq. Bu cəhətdən ciddi problemlərimiz var. Əsasən, yarımmüdafiə xətti müdafiəçilərə mane oldu. Rəqibi təbrik edirəm".
- Düşünümürsüz ki, futbolçularda stimul yoxdu? Komanda bir müddətdi maaş almır...
- Komanda yanvar ayının maaşını alıb. O ki qaldı maaşın az olmasına, futbolçular bu əməkhaqqına əvvəlcədən razı olmuşdu. Gəlin bazaya baxın. Hansı futbolçuya pul lazımdısa, istədiyi vaxt alır. Mən bu şəraitlə razıyam. Əgər buna razılaşmışamsa, etiraz edə bilmərəm. Deyə bilmərəm ki, niyə "Qəbələ" bizdən çox maaş alır. Adama deyərlər ki, get orada işlə. Sadəcə hakimin qərarlarından narazı qaldım. Hakimin hər yanlış qırarı futbolçulara təsir edir.
- Sizcə, məğlubiyyətlərin yeganə səbəbkarı hakimlərdi?
- Mən demirəm ki, hakimlər bizim yerimizə qol vursun. Sadəcə, düzgün oyun idarə etsinlər. Qəbələdəki oyunda matça 5 dəqiqə əlavə etmişdilər. Bu gün isə bunu etmədilər. Hakimlər düzgün oyun idarə edirlərsə, niyə neçə turdu Orxan Məmmədov yoxdu?
- Bu gün komandanın tam müdafiədən oynayacağı güman olunurdu, amma bunun əksini gördük. Xüsusilə, ilk hissədə hücuma meyilli futbol oynadız. Əlinizdə yaxşı heyət olsa, "Qəbələ"yə qalib gələ bilərdiz?
- Əlbəttə, əlimdə yaxşı heyət olsaydı, "Qəbələ"yə qalib gəlmək mümkün idi. Premyer Liqadakı klublardan yalnız "Qarabağ"la oyunda konkret söz deyə bilmərəm. Digər komadalarla oyunlarda isə qələbə qazana bilərdik. Sadəcə, dayaq yarımmüdafiəçisi, pleymeyker və hücumçu çatışmır.
Son xəbərlər
Son Xəbərlər