Adambaşına 1150 manat borcumuz var...

adambasina-1150-manat-borcumuz-var
Oxunma sayı: 1859


 O bildirib ki, ARDNŞ son 5 ildə ilk dəfə olaraq 2014-cü ilin maliyyə hesabatını ilin ikinci yarısından etibarən özünün internet səhifəsi vasitəsilə əlçatan edib: “Maliyyə məlumatlarının təhlili göstərir ki, hesabat dövründə cəmi borclar 812 milyon manat artaraq 5 milyard 797 milyon manata çatıb. Borcların 2 milyard 212 milyon manatını qısamüddətli borc öhdəlikləri təşkil edib. Borcların struktur təhlili göstərir ki, 1 il ərzində artımın 91,4 faizi və ya 748 milyon manatı qısamüddətli borc öhdəlikləri olub. Müqayisə üçün qeyd edək ki, 1 yanvar 2015-ci il tarixə Azərbaycanın xarici dövlət borcu 5 milyard 81 milyon manat olub ki, bu da ARDNŞ-nin borcundan 716 milyon manat azdır. Onların birlikdə borcu 10 milyard 878 milyon manat olub ki, bu da adambaşına 1150 manat borc deməkdir”.