Adana və Qaziantepdəki soydaşlarımız təxliyə edilir

adana-ve-qaziantepdeki-soydaslarimiz-texliye-edilir
Oxunma sayı: 1611

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“9 fevral saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından, saat 17:00-da isə Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcək, - rəsmi məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatı ilə nəticələnib. Hazırda minlərlə insan dağıntılar altında qalıb. Axtarılan şəxslər arasında azərbaycanlılar da var. İndiyədək bir Azərbaycan vətəndaşının meyiti dağıntılar altından çıxarılıb.