Adanada zəlzələ oldu

adanada-zelzele-oldu
Oxunma sayı: 2359

Türkiyənin Adana şəhərində zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Məlumata görə, Adananın Saimbəyli rayonunda yerli saatla 12:37-də 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin yerin təxminən 7 kilometr dərinliyində baş verdiyi bildirilib.