“Addım atmaq vaxtıdır” - Zelenskidən NATO-ya çağırış

addim-atmaq-vaxtidir
Oxunma sayı: 2046

“Ukraynaya Rusiya ilə münaqişədə qalib gəlməyə yardım etmək üçün NATO ölkələri qətiyyətli addımlara keçməlidirlər”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda NATO sammitinin açılışı mərasimində deyib.

Onun sözlərinə görə, tərəfdaşlar ABŞ-də prezident seçkilərinin keçiriləcəyi noyabrı gözləmədən, indi yardımların həcmini artırmalıdırlar: “Kölgədən çıxmaq, güclü qərarlar vermək, addım atmaq, noyabrı və yaxud istənilən digər ayı gözləməmək vaxtı çatıb. Bunun üçün biz güclü olmalı və güzəştə getməməliyik. Hamımız birlikdə”.