Adel 6 ildən sonra qayıdır - Fotolar

adel-6-ilden-sonra-qayidir
Oxunma sayı: 2309

Britaniyalı müğənni Adel altı ildən sonra yeni albom buraxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tvitterdə bildirib.

Adelin “30” adlı studiya albomu noyabrın 19-da işıq üzü görəcək.

Daha əvvəl səhnədən gedəcəyini istisna etməyən 15 dəfə “Grammy” mükafatçısı olan ifaçı bildirib ki, dördüncü albomu üzərində üç il əvvəl işləməyə başlayıb.

Albomun adına gəlincə (“30”), Adel bunu bundan əvvəlkilərlə eyniləşdirdiyini qeyd edib. Belə ki, müğənni albom üzərində 30 yaşında işləməyə başlayıb. Müğənninin 2008-ci ildə yazılmış debüt plastinkası yaşı ilə eyni - “19”, 2011-ci ilin diski “21”, 2015-ci ilinki isə “25” adlanırdı.