Dünyaca məşhur britaniyalı ifaçılar Adel və Ed Şiran AÇ-2024-ün son yarımfinal görüşünü tribunadan izləyərək İngiltərə millisinə dəstək olublar.
“Qafqazinfo” xəbər verir ki, onların görüntülərini “Daily Mail” nəşri dərc edib.
Hər iki müğənni qarşılaşmanı dostlarının müşayiəti ilə izləyib.
Görüntülərdən bəlli olur ki, oyundan əvvəl Adel gərginliyini gizləyə bilməyib. Ulduz ifaçının Hari Keynin vurduğu bərabərlik qoluna sevinci də diqqətlərdən qaçmayıb.
Ed Şiran da komandalarının qələbə qazandığı matçı üzərində İngiltərə millisinin loqosu əks olunmuş qırmızı köynəklə tribunadan həyəcanla izləyib.
Xatırladaq ki, İngiltərə Avropa çempionatının son yarımfinal oyununda Niderland millisinə 2:1 hesabı ilə qalib gələrək finalda İspaniyaya rəqib olub.