Adelin konsertində sevdiyi qıza evlilik təklifi etdi - Video

adelin-konsertinde-sevdiyi-qiza-evlilik-teklifi-etdi
Oxunma sayı: 2610

Məşhur britaniyalı müğənni Adel son beş ildə ilk dəfə solo konsert proqramı ilə çıxış edib. 

“Qafqazinfo” meta.ua-ya istinadən xəbər verir ki, konsert Los-Ancelesdə yerləşən Qriffit rəsədxanasında baş tutub. Adel konsertdə köhnə hitlərini, həmçinin “30” adlı yeni albomundan mahnılar ifa edib. Tamaşaçılar arasında Kriss Cenner, Lizzo, Nikol Riçi, Ellen Dedjeneres, Selena Qomes, Dreyk kimi tanınmışlar olub. 

Lakin gecənin əsas qəhrəmanı müğənni yox, tamaşaçı zalında evlilik təklifi alan qız olub. Şou zamanı Adel Kventin adlı oğlana sevgilisinə sürpriz etməsi üçün kömək edib. O, tamaaşaçılardan səs etməmək, texniklərdən isə işığı söndürməyi xahiş edib. Kventin sevgilisi Eşlini küçədən zala gətirib. Onun gözləri bağlı, qulaqlarında isə qulaqlıqlar var idi. Qız düşünürdü ki, onlar sadəcə gəzintiyə çıxıb və hətta oğlan onun gözlərini açdıqdan sonra harada olduğunu başa düşməmişdi. 

Kventin qızın qarşısında diz çöküb, Eşli ağlayıb və ona “hə” deyib. Lakin sürprizlər bununla da bitməyib. İşıq yanıb, səhnəyə Adel çıxıb, qız isə hadisələrin gözlənilməzliyindən özünü itirib. Müğənni cütlüyü ilk sırada əyləşməyə dəvət edib.