Yetmiş üç milyon dollar məbləğində dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri, azərbaycanlı məmur Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının prezidenti seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu, aprelin 17-də baş tutan federasiyanın hesabat-seçki konfransında müəyyənləşib. Azərbaycanlı keçmiş Xidmət rəhbəri 23 konfrans üzvündən 22-sinin səsini toplayıb.
O, bu vəzifədə Nurulislam Arkallayevi əvəzləyəcək.
Diqqətə çatdıraq ki, dağıstanlı Arkallayev həmçinin Regionlar Partiyasından Ukrayna parlamentinin deputatıdı.
Qeyd edək ki, Kievin Solomonsk rayon məhkəməsi 38 yaşlı R. Nəsirov haqqında martın 7-də 60 gün müddətinə həbs qətimkan tədbiri seçmişdi. Nəsirov martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı.
Son xəbərlər
Son Xəbərlər