“Qafqazinfo” kitabda yer alan məşhurların bəzilərini təqdim edir:
Müğənni Yıldız Tilbe: 1996-ci ildə marixuana istifadə etdiyi üçün saxlanılıb. Tilbe Balıqlı Rum Xəstəxanasındə marixuanadan xilas olmaq üçün müalicə aldığını açıqlayıb.
Maneken Ebru Şallı: Ebru Şallı həmkarı Gözde Tanın ifadəsindən sonra polis tərəfindən nəzarət altına alınıb. Tan ifadəsində bildirmişdi ki, Şallı kokain istifadəçilərindən ibarət qrupun üzvüdür.
Müğənni Fatih Ürək: Polis basqın zamanı nəzarətə alınan narkotik satıcılarının müştəri dəftərini ələ keçirmişdi. Dəftərdə Fatih Ürəkin də adı olduğu üçün müğənni saxlanılıb.
Müğənni Ceylan: Sənətçi meneceri Mustafa Kocadağın Narkotik Şöbə Müdirliyində verdiyi ifadəyə əsasən nəzarətə alınıb.
Rokçu Özlem Tekin: Tekin də Ayhan Sönməz adlı narkotik satıcısının ifadəsi nəticəsində saxlanılan məşhurlardandır.
Hülya Avşarın keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu: Kaya Çilingiroğlunun evinə polis basqın edib. Polisə ifadə verən Çilingiroğlu daha sonra sərbəst buraxılıb.
Türkücü İbrahim Tatlısəs: Məşhur sənətçi narkotik istifadəsində şübhəli bilinərək polis tərəfindən nəzarət altına alınıb. O, daha sonra kokain istifadəsi və konsertlərindən əvvəl “Kokain parti”lər təşkil etdiyi üçün tutulub.
Aktyor Caner Kurtaran: “Yaprak dökümü” serialında Şövkət rolunu oynayan Caner Kurtaran keçən il kokain istifadə etdiyi üçün səhhəti pisləşib və aktyor xəstəxanaya yerləşdirilib. İki ilə qədər həbs tələbi ilə mühakimə olunan Kurtaranın məhkəmə işi davam edərkən, aktyorun kokaindən ikinci dəfə xəstəxanalıq olduğu ortaya çıxıb. Həmçinin, Kurtaran bu hadisələrə görə serialdan ayrılmaq məcburiyyətində qalmışdı.
Qeyd edək ki, narkotikdən tutulan məşhurlar karvanına son olaraq məşhur sənətçi Tarkan əlavə olunub.
Könül
Son xəbərlər
Son Xəbərlər