Adı ofşor qalmaqalında hallanan Ermənistan Ədliyyə Nazirliyinin genaralı Miqran Poqosyan istefa verib.
“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, general yaydığı bəyanatda özünün və ölkəsinin adının belə bir qalmaqalda hallanmasından təəssüf hissi keçirdiyini bildirib.
Qeyd edək ki, “Panama Papers” sənədlərində generalın Panamada 3 şirkətin səhmdarı olduğu yazılıb. Həmin şirkətlər vasitəsilə Poqosyan gəlirlərini gizlədərək bizneslə məşğul olub.
Son xəbərlər
Son Xəbərlər