Adı rüşvətdə hallanan baş nazir istefa verdi -

adi-rusvetde-hallanan-bas-nazir-istefa-verdi
Oxunma sayı: 1280


“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, iki ay əvvəl baş nazirlik postuna əyləşən, partlament tərəfindən araşdırılan Lee Wan-koo vəzifədən getmək qərarına gəlib. Onun postuna müvəqqəti olaraq baş nazir müavini Choi Kyung-hwan keçəcək. 

Qeyd edək ki, Lee Wan-koo dövlət layihlərini həyata keçirən Keangnam Enterprises şirkətinin rəhbəri Sung Wan-jongdan 30 milyon von (27 min dollar) dəyərində rüşvət aldığı iddia edilir. Şirkət rəhbəri ötən həftə intihar etmiş, evində axtarış zamanı baş nazirin rüşvət aldığı sənəd ortaya çıxmışdı.