Adı “varlı”, özü yoxsullaşan ada - Fotolar

adi-varli-ozu-yoxsullasan-ada
Oxunma sayı: 2971

İspan dilində adı “varlı liman” Puerto-Riko adası, son 2 həftədə isə “İrma” və “Mariya” qasırğaları səbəbindən ağır günlər yaşayır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, adada 80 ildən sonra ən güclü təbii fəlakət qeydə alınıb.

Təxminən 3,4 milyon əhalisi olan Puerto-Riko adasında bir çox ev uçub, infrastruktur dağılıb, su və telefon xətləri sıradan çıxıb.

Evvsiz və ərzaqsız qalan minlərlə insan çətin günlər keçirir. Nyu-York meri Endryu Kuomoya və Konqres üzvü Nidia Velazquez su, ərzaq, generator və adyaldan ibarət yardım avadanlığının təyyarələrlə bölgəyə çatdırıldığı barədə məlumat veriblər.

Bundan başqa, sosial mediada Puerto-Rikoya pul yardımı edilməsi üçün kampaniyaya start verilib.