Adil Əliyev də seçki təşviqatı kampaniyasına başladı

Adil Əliyev də seçki təşviqatı kampaniyasına başladı
Oxunma sayı: 1333

2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Adil Əliyev seçicilərlə görüşə start verib.

"Qafqazinfo" xəbər verir ki, A.Əliyev növbəti dəfə də etimadı doğruldacağına söz verib.

Deputatlığa namizəd çıxışı zamanı ölkədə aparılan islahatlardan geniş danışıb.

A.Əliyev bildirib ki, millət vəkili olmağın nə qədər məsuliyyətli və bu işin nə qədər şərəfli olduğunu yaxşı dərk edir: “Düşünürəm ki, hazırki Azərbaycan Milli Məclisi öz səlahiyyətləri çərçivəsində də xeyli işlər görüb. Mən deputatlığın və qanunvericilik fəaliyyətinin nədən ibarət olduğunu yaxşı bilir, iqtisadiyyat və bu sahənin hüquqi tənzimlənməsi haqqında kifayət qədər biliklərə malikəm. Lakin ölkənin gələcək inkişaf modelinə bu gündən hazırlaşmaq və cənab Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu dəstəkləməyi, Sizlərin isə etimadını bir daha doğrultmağı özümə borc bilirəm. VI çağırış Milli Məclisə növbəti dəfə üzv seçiləcəyim təqdirdə bunun seçicilərimə, bütövlükdə sakinlərimizə faydalı olacağına inanıram. Siyasətlə məşğul olan bir insan kimi qeyd etməliyəm ki, parlamentə növbəti dəfə üzv seçiləcəyim təqdirdə görəcəyim konkret işlər haqqında fikirlərimi Sizinlə bölüşmək istərdim”.

A.Əliyev qeyd edib ki, bu gün Azərbaycanda, eləcə də Nərimanov 20 saylı ikinci seçki dairəsində dövlətimizin sosial-iqtisadi kursu uğurla həyata keçirilir, abadlıq işləri aparılır, vətəndaşlarımızın problemləri yerində həll edilir: “Düzdür, müəyyən qədər həll olunmamış problemlər də qalmaqdadır. Biz öz siyasi mədəniyyət səviyyəmizi yüksəltməli və bunu günümüzün normasına çevirməliyik. Bütün bunlarla yanaşı, təbii ki, dövlətimiz Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı çərçivəsində siyasi həllinə də ciddi səy göstərir və Azərbaycan diplomatiyası ağır beynəlxalq danışıqlar prosesində ərazi bütövlüyümüzün danışıqlar prosesinin predmeti olmadığını əminliklə və qətiyyətlə bəyan edir. Bu sahədə Azərbaycan dövləti, başda Ali Baş Komandan cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan əleyhinə olan xarici qüvvələrlə öz mübarizəsini davam etdirir və mən bu mübarizədə özümü dövlətimizin bir əsgəri hesab ediriəm”.

“İqtisadi sferaya qayıdaraq qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan dövlətinin makroiqtisadiyyat sahəsində əldə olunan müsbət naliyyətlərin effekti sosial sahədə də öz əksini tapmışdır! Büdcə gəlirlərinin artırılması və əhalinin maddi təminatının yaxşılaşdırılması bu faktı bir daha sübut edir. Ölkəmizin xammal ehtiyatlarından, təbii sərvətlərindən səmərəli istifadə edilməsi, bu sahələrdən əldə edilən gəlirlərin mühüm hissəsinin əhalinin ehtiyaclarının ödənilməsinə və yeni istehsal sahələrinin yaradılmasına sərf olunması göz qabağındadır. Əminəm ki, Milli Məclisə bir daha seçiləcəyim təqdirdə həyata keçirə biləcəyim xeyli işlər də var. Mənim üçün aktiv siyasi fəaliyyət heç də seçki ilə başlamır və seçki ilə bitmir. Əslində mənim üçün aktiv siyasi fəaliyyət seçkidən sonra başlanacaq. Seçim sizlərindir. Bu seçimdə Tanrı bizlərin hər birinə kömək olsun”- A.Əliyev əlavə edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi