“Qafqazinfo” xəbər verir ki, Litvanın Etaplius.lt portalı Azərbaycan keçirilək 2015 Avropa Yay Oyunları ilə bağlı məqalə hazırlayıb və sayt Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin fikirlərini yayımlayıb. Məqalədə Litvadan Azərbaycana gələcək idmançıların adları yer alıb. Portal Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev belə mötəbər yarışın keçirilməsinin əhəmiyyətini qeyd edərək, əsasən Azərbaycanın Avropada tanıdılmasına kömək edəcəyini vurğulayıb. A.Əliyev Azərbaycanın son illər qazandığı uğurlarının arxasında prezident İlham Əliyevin prinsipial siyasəti ilə bağlı olduğunu portala söyləyib.