Adil İsmayılovdan şikayətçi olan vəkildən - Açıqlama

Adil İsmayılovdan şikayətçi olan vəkildən
Oxunma sayı: 2424

Vəkil Adil İsmayılovun fəaliyyətinin bir il müddətinə dayandırılmasına səbəb olan həmkarı Sahil Quliyev məsələ ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Quliyev bildirib ki, A.İsmayılov öz “Facebook” səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və məni təhqir edən yazılar paylaşmış, öz vəkil həmkarları barəsində “qul”, “kölə”, “mağmın”, “şərəfsiz” kimi şərəf və ləyaqəti alçaldan, qeyri-etik ifadələr işlədib: “Həmin yazılarla bağlı mən və digər vəkillər – Elmar Kərimov və Tahir Əlirzayev şikayətlə Vəkillər Kollegiyasına müraciət etmişdik.

Adil İsmayılov iclasda izahat verərək, “mən yazmışam, düz etmişəm, kim özünə götürür, götürsün” deməklə, şikayətə səbəb olmuş yazıların onun tərəfindən yazıldığını etiraf etsə də, həmin yazılardakı ifadələrin təhqir olmadığını bildirib.

Mən isə öz izahatımda vəkillərin və mənim barəmdə Adil İsmayılovun yazılarındakı ifadələrin Vəkillərin davranış qaydalarına zidd olduğunu bildirdim. Rəyasət Heyətinin Sədri Anar Bağırovun barışıqla bağlı təklifinə nə Adil İsmayılov, nə də mənim tərəfimdən müsbət münasibət bildirildi. Hətta A.İsmayılov İntizam Komissiyasının rəyi ilə razılaşaraq, fəaliyyəti dövründə bir neçə dəfə töhmət aldığını, baxılan intizam işi üzrə ona bir əlavə töhmətin verilməsinə də razı olduğunu Rəyasət Heyəti üzvlərinə bəyan etdi.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti müşavirədən sonra mənim və Adil İsmayılovun iştirakı ilə “Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə” qərarını elan etdi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi