Adil Qəribov və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edildi

adil-qeribov-ve-arif-memmedova-sohret-ordeni-teqdim-edildi
Oxunma sayı: 3038

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədova və “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu gün qeyd olunan mülki aviasiya işçilərinin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində nailiyyətlər arzu edib.

Ramin Quluzadə Adil Qəribovun elmin inkişafında və Arif Məmmədovun mülki aviasiya sahəsində göstərdiyi xüsusi xidmətlərdən söz açaraq bu barədə ətraflı danışıb. Nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və “Şöhrət” ordenini təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 27 martda Adil Abdulxalıq oğlu Qəribovun, 17 apreldə Arif Əhməd oğlu Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.