“Adımdan başqa heç nəyim yoxdur” - Erkin Qədirli

adimdan-basqa-hec-neyim-yoxdur
Oxunma sayı: 2377

"Ünvanıma yazılan tənqidləri, hətta söyüşləri, anlayışla qarşılayaraq, çoxlarının nəticə çıxarmağa tələsdiyini bildirməliyəm". "Qafqazinfo" xəbər verir ki, bu sözləri 16 saylı Yasamal seçki dairəsindən lider namizəd Erkin Qədirli deyib.

O bir daha mandatdan imtina etməyəcəyini bəyan edib:

"Mən hansı riskləri üzərimə götürdüyümü, hansı məsuliyyətin altına girdiyimi yaxşı anlayıram. Bu işdə öz xeyrimi güdmürəm, əksinə, daha çox itirirəm. Onsuz da adımdan başqa heç nəyim yoxdur, adımı xərcləyirəm. Milli Məclisdə ən zəif, dəstəksiz, hər tərəfdən vurula, ilk fürsətdə qurban verilə bilən üzv olacağımı da bilirəm. Bununla belə, ölkəmiz üçün daha uzaq hədəfləri, daha təhlükəli riskləri düşünürəm. Mandatdan imtina etmirəm, çünki məqsədim mandat deyil, heç zaman da olmayıb.

Tələsən yerimiz yoxdur. Yaxşı işlər yavaş görülür. Görək hara qədər gedə bilirik".