Müğənni Rəhim Rəhimli həmkarlarından birinin köməkçisi tərəfindən dələduzluğa məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə “ATV maqazin onlarla” proqramında qonaq olarkən deyib.
İfaçı qeyd edib ki, həmin şəxs onun telefonunu götürərək müğənnilərə mesaj yazıb, onlardan pul istəyib:
“Avtomobilimin yanından keçərkən telefonumu götürüb. Səhər Sevda Yahyayeva zəng edib. Deyir, pulu hara göndərim? Deyirəm, nə pul? Qayıtdı ki, yazmısan 1500 pul lazımdır. Nazpəri Dostəliyevadan 4 min istəyib. Sevda zəng edib ki, gəl filan yerə, pulu verim. Həmin adam gəldi, qaçdı, tuta bilmədik. Amma gördük ki, kimdir. Bir neçə saat sonra evindən tutub apardılar”.
Son xəbərlər
Son Xəbərlər