“Adımı əsassız qalmaqallarda...”

adimi-esassiz-qalmaqallarda
Oxunma sayı: 3137

Müğənni Nazənin yeni klipini təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı bildirib ki, Türkiyədə lentə aldırdığı “Ay ürəyim” adlı mahnının klipi hazırdır:

“Əslində “Ay ürəyim” adlı mahnı mənim yaradıcılığımda xüsusi bir yer tutur. Çünki, bu bəstə digər mahnılarım kimi çıxdığı gündən sevilməyə başladı və mənə uğur gətirdi. Hara getdimsə, məndən bu mahnını oxumağımı istədilər. Bu mahnının “Youtube” şəbəkəsində də dinlənmə sayı milyonları keçib və rekordları qırır. Bütün bunları gördükdən sonra mahnıya klip çəkdirmək qərarına gəldim.

Çəkiliş üçün məkanı Türkiyəni seçdik. Çəkilişlərimiz, klipin hazırlanması müəyyən səbəblərdən xeyli vaxt apardı. İndi bəzi insanlar bu klipə baxıb, irad bildirəcək. Düşünürəm ki, tənqid də olmalıdır. Amma sağlam tənqid... Müğənnin işi mahnı oxuyub, klip çəkdirməkdir. Zaman-zaman adımı şou-biznesin əsassız qalmaqallarında hallandırdılar. Amma bu cür hallar məni ruhdan salmır. Çünki daim bütün diqqətim yaradıcılığımda olur”.