Aktrisa Bergüzar Korel istintaqa cəlb edilib. “Qafqazinfo” xəbər verir ki, o, nifrət və düşmənçilik yaratmaq, cəmiyyəti alçaltmaqda ittiham edilib.
Türkiyə KİV-də qeyd edilib ki, sənətçi tvitter platformasında yazdığı postlar səbəbi ilə ifadə vermək üçün prokurorluğa çağırılıb. Məlum olub ki, aktrisanın adına başqa bir hesab açılıb və sözügedən statuslar onun sözləri kimi qələmə verilib.
Daha sonra Korel onun adından hesab açan şəxs və ya şəxslər barədə şikayətçi olub.
Aktrisanın vəkili tərəfindən İstanbul Baş Prokurorluğuna göndərilən şikayətdə məşhur simanın tanınmış biri olma səbəbi ilə adının və şəkillərinin razılığı olmadan müxtəlif rəqəmsal platformalarda istifadə edildiyi vurğulanıb. Yazıların sözügedən şəxslərin açdıqları hesablardan hazırlandığı və Korelin yalnız instagram hesabı olduğu, başqa sosial media profillərinin olmadığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər