ADİU tələbələri uşaq evini ziyarət edib

adiu-telebeleri-usaq-evini-ziyaret-edib
Oxunma sayı: 878



“Qafqazinfo” xəbər verir ki, tələbələrə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində uşaq problemlərinin həllinin prioritet istiqamət kimi önə çəkilməsi, eyni zamanda Azərbaycanda uşaqların müdafiəsi sahəsində himayədar (foster) alternativ qayğı sisteminin yaradılmasının əhəmiyyəti və valideyn himayəsindən məhrum olmuş on azyaşlı qızın yaşadığı qrup evi haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, respublikada ilk dəfə tətbiq edilən ailə tipli kiçik qrup evi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası əsasında yaradılıb. Layihə Təhsil Naziriliyi ilə “Hilsverk Avstriya” Beynəlxalq təşkilatı tərəfindən  icra olunur. Daha sonra “Ailə tipli kiçik qrup evi”nin sakinləri tələbələrə öz əl işlərini nümayiş etdiriblər. I kurs tələbələri azyaşlılara dərslərini hazırlamaqda kömək ediblər.
Təhsil Nazirliyinin dəstəyi və ADİU Həmkarlar təşkilatının sədri Pərviz Zeynalovun rəhbərliyi ilə təşkil edilən görüşün sonuda ADİU adından “Ailə tipli kiçik qrup evi”nə hədiyyələr təqdim edilib.