“Qafqazinfo”nun məlumatına görə, şəkil çəkdirməyi sevdiyini bildirən Humay Qədimova repertuarını duetlərlə yeniləməyə qərar verib. Musiqiçi bunun ilk yox, növbəti olacağını bildirməklə, duet ortaqlarının çox oduğunu diqqətə çatdırıb:
“Həm şou-biznesdən, həm instrumentalçılar arasında duet ortaqlarım var. Hələlik repertuar seçilir, texniki proseslər davam edir. Bu, neçə illərin həm mən, həm musiqiçi dostlarım tərəfindən olan yaradıcılıq təklifdir. Əksəriyyət duetləri bir ərəfədə həyata keçirməyə qərar verdik. Adlarını tezliklə açıqlayacam”.