“Ukrayna prezidenti Petro Poroşenkonun administrasiya rəhbəri vəzifəsində təmsil olunmaq istəmirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “Rustavi2” telekanalının efirində çıxışı zamanı bildirib.
“Prezidentdən sonra bu, ikinci əsas vəzifədir. Bu postda olmaqla insan milyardlar toplaya bilər. Əgər mən milyardlarımın olmağını istəsəydim, onda təmamilə başqa cür olardı. Bu yer mənə görə deyil. Mən xalqa xidmət göstərilən yerdə işləmək istəyirəm”, - Saakaşvili söyləyib.
Son xəbərlər
Son Xəbərlər