Bu sözləri musavat.com-a ADNA-da terror aktının törədilməsində təqsir bilinərək ömürlük həbsə məhkum edilmiş Nadir Əliyevin bibisi Leyla xanım dedi. Leyla xanım bildirdi ki, N.Əliyevin anası və qardaşı imkan daxilində məhbusun yanına gedirlər. Onun sözlərinə görə, qardaşı oğlunun səhhəti normaldır.
N.Əliyevin bibisi qeyd etdi ki, tutulanların Gürcüstana ekstradasiya olunma məsələsi də həll olunmur: “Gürcüstanda da vəkil tutmuşdular, heç bir nəticə yoxdur. Özü də məktub yazır. Heç nə oturub orda, özünü günahsız sayır. O biri tutulanların da yaxınları gedib gəlirlər. Əldən bundan başqa heç nə gəlmir”.
Son xəbərlər
Son Xəbərlər