Adnan Oktarın 91 tərəfdarı sərbəst buraxıldı

adnan-oktarin-91-terefdari-serbest-buraxildi
Oxunma sayı: 1387

Ötən il bir sıra cinayətlərdə ittiham edilərək saxlanılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktarın bu gün növbəti, 51-ci məhkəmə prosesi baş tutub.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, İstanbul 30-cu Ağır Cəza Məhkəməsində Adnan Oktar da daxil olmaqla 175 şübhəli iştirak edib.

Məhkəmə qərarına əsasən, 91 şübhəli sərbəst buraxılıb. 

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4  ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından isə külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfində müsadirə edilib.