Adnan Oktarın evindən çıxanlar - Video

adnan-oktarin-evinden-cixanlar
Oxunma sayı: 11922

Uzun illər ərzində qurduğu qeyri-qanuni təşilatla müxtəlif cinayətlər həyata keçirən və 11 iyulda həbs edilən Adnan Oktarın villasında bu gün axtarış həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villada 7 saatlıq axtarışlar nəticəsində külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi götürülüb.

Həmçinin, villadakı çoxlu sayda lüks avtomobillər də evakuataor vasitəsilə daşınıb. Bundan başqa, onun sahibi olduğu digər mülklərə həbs qoyulub, şirkətlərinə isə qəyyumlar təyin edilib.

Hazırda A.Oktarın başqa yerlərdə villlarının olması faktı araşdırılır.

Qeyd edək ki, 11 iyulda İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə - 4  ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar və yüzlərlə polis cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb. O, 10-dan çox cinayət maddəsi ilə ittiham edilir.