ADNSU-da Heydər Əliyev anıldı

adnsu-da-heyder-eliyev-anildi
Oxunma sayı: 1428

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan dövlət himni ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı ulu öndərin yaşadığı şərəfli ömür yolu, müxtəlif dövrlərdəki fəaliyyətindən danışıb. Heydər Əliyevin həm sovet dönəmində həm də müstəqillik illərində Azərbaycan üçün misilsiz xidmətlər göstərdiyini deyən rektor M.Babanlı onun elm, təhsil, mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb. Ulu öndərin bütün dünyada böyük nüfuza malik siyasi xadim kimi tanındığını  bildirən rektor Mustafa Babanlı onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalq, dövlət, cəmiyyət üçün yorulmadan çalışdığını deyən Aydın Mirzəzadə onun əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğunu qeyd edib.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb.