Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkilləri Hikmət Babaoğlu, Hüseynbala Mirələmov, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Mustafa Babanlı 28 May tarixini Azərbaycan xalqının milli kimliyini tapdığı gün kimi qiymətləndirib. Cümhuriyyət yaranana kimi xalqımızın keçdiyi tarixi yoldan danışan rektor Mustafa Babanlı Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb. Yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən rektor Mustafa Babanlı hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb.
Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov uzun illər Rusiya imperiyasının əsarətində qalan ölkənin olduqca mürəkkəb tarixi şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini qeyd edib.



Son xəbərlər
Son Xəbərlər