ADNSU-nun dünya sıralamasında yeri açıqlandı

adnsu-nun-dunya-siralamasinda-yeri-aciqlandi
Oxunma sayı: 3215

Dünya elm bazalarında yer alan universitetlərin reytinqini dərc edən İspaniyanın Scimago Institutions Rankings nəşriyyatı 2021-ci il üçün reytinq cədvəlini dərc edib.

"Qafqazinfo" xəbər verir ki, “Elsevier” və “Scopus” məlumat bazası əsasında aparılmış araşdırmanın nəticəsi olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2021-ci ildə dünyanın ən yaxşı 900 universiteti siyahısında ümumi sıralamada 855-ci, mühəndislik təhsili sahəsində isə 690-cı yeri tutub.