Yanvarın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurasının üzvləri universitetdə payız semestrinin imtahan sessiyasının gedişatını izləyiblər.
"Qafqazinfo" xəbər verir ki, İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, şura üzvləri – Sahib Məmmədov, Etibar Əliyev, İlham Şaban, Səadət Məmmədova, həmçinin media nümayəndələri imtahan keçirilən auditoriyalarda olub imtahan prosesini izləyiblər.
İctimai Etimad Şurasının üzvlərinə 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasında yanvarın 10-dək imtahanlarda 12430 tələbənin iştirak etməsi, həmçinin universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması və s. məsələlərlə bağlı məlumat verilib.
Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı payız semestrinin imtahan sessiyasının təşkili və bu günədək olan nəticələr barədə şura üzvlərinə məlumat verib.
ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşən şura üzvləri universitetdə tələbələrin şəffaf biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti, imtahana nəzarət prosesini və universitetdə aparılan genişmiqyaslı islahatlar fonunda yeni 24/7 kitabxana təşəbbüsünü yüksək qiymətləndiriblər.
.jpg)
.jpg)
.jpg)

Son xəbərlər
Son Xəbərlər