ADNSU-nun rektoru Çinin nümayəndə heyəti ilə görüşüb

adnsu-nun-rektoru-cinin-numayende-heyeti-ile-gorusub
Oxunma sayı: 938

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Lançjou Neft-kimya kollecinin prorektoru Liu Xingqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo”nun mlumatına görə, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə rektor Mustafa Babanlı ADNSU-da təhsil alan çinli tələbələrdən və tələbə mübadiləsindən söz açıb. Universitetdə hazırda 41 nəfər çinli tələbənin təhsil aldığını qeyd edən rektor M.Babanlı onlar üçün yaradılan şəraitdən danışıb və əlaqələri daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayıb. 

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Liu Xingqin  əlaqələrin daha yüksək səviyyədə  və fərqli istiqamətdə davam etdirilməsinin önəmli olduğunu deyib.