Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 5-6 sentyabr tarixlərində Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetdə keçirilən Neft-Qaz Forumunda iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, sahə rəhbərləri qoşulan bu elmi-texniki tədbirdə Neft-Qaz Sərgisi də təşkil olunub. Səfər çərçivəsində universitetlər arası ikili diplom haqqında müqavilənin imzalanması və Ukrayna-Azərbaycan Mərkəzinin açılışı da nəzərdə tutulub.
Qeyd edək ki, iki təhsil müəssisəsi arasında əməkdaşlıq 2017-ci ilin oktyabr ayından başlayıb və uğurla davam edir.



Son xəbərlər
Son Xəbərlər