Rusiyanın “Aeroflot” şirkəti Qazaxıstana uçuşları dayandırır.
“Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, qadağa bu gündən etibarən tətbiq olunur.
Şirkət qeyd edib ki, bu məcburi qərar Qazaxıstan tərəfinin yay vaxtına keçidlə bağlı olaraq yeni uçuş cədvəlini təqdim etməməsidir. “Aeroflot” bildirir ki, sözügedən ölkə həmin cədvəli hələ fevralın 12-ə qədər hazır etməliydi.
“Aeroflot” öz sərnişinlərinə tövsiyə edir ki, yaxın 3 gün ərzində Qazaxıstana uçuşlarını təxirə salsınlar.
Son xəbərlər
Son Xəbərlər