Aeroport yolunda avtomobil aşdı - Video

aeroport-yolunda-avtomobil-asdi
Oxunma sayı: 2265

Bu gün paytaxtın Suraxanı rayonu ərazisində yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Zığ-Hava limanı yolunda “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Yolun kənarındakı metal məhəccərləri dağıdan nəqliyyat vasitəsi yaşıllıq ərazisinə düşüb.

Hadisə nəticəsində sürücü xəsarətlər alıb.

Qəza yerindən görüntüləri təqdim edirik: