Aeroport yolunda piyada vuruldu, tıxac var - Foto

aeroport-yolunda-piyada-vuruldu-tixac-var
Oxunma sayı: 3340

Bu gün Sabunçu rayonu, Aeroport şossesi, Sabunçu körpüsünün yaxınlığında qəza baş verib.

“Qafqazinfo” DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə zamanı avtomobil piyadanı vurub.

Qəza səbəbindən həm Heydər Əliyev Beynəlxalq Hava Limanı, həm də mərkəz istiqamətlərində sıxlıq yaranıb.